XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2015 - 13:29

Tanınmış iqtisadçı: “İlin sonunda büdcədə ciddi kəsir gözlənilir”

“Büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard manat azalıb”.

Strateq.az bildirir ki, bu fikirləri tanınmış iqtisadçı Qubad İbadoğlu ötən gün Nazirlər Kabinetinin iclasında ölkədəki iqtisadi vəziyyətlə bağlı səslənən məlumatlara münasibət bildirərkən, özünün facebook səhifəsində qeyd edib.

Q.İbadoğlu yazır ki, əslində 6 ayın yekunları rəsmi prizmadan baxılanda və kəmiyyət göstəriciləri ilə xarakterizə olunanda qənaətbəxş görsənsə də, milli iqtisadiyyatda geriləmə meylləri getdikcə çoxalmaqdadır və bunlar narahatçılıq doğurmaya bilməz: “Belə ki, bu ildən başlayaraq valyuta daxilolmalarının və tədiyyə balansının müsbət saldosunun kəskin azalması, yerli məhsulların rəqabətliyinin aşağı düşməsi, işgüzar aktivliyin, istehlakçıların və sahibkarların iqtisadi fəallığının səngiməsi, dövlət və özəl sektorlarının gəlirlərinin azalması, maliyyə-bank sektorunun dayanıqlığının və mötəbərliliyinin zəifləməsi müşahidə olunur”.

Q.İbadoğlu yazır: “Müşavirədə verilən məlumata görə, bu ilin briinci yarısında dövlət büdcəsinin mədaxili cəmisi 7 milyard 807 milyon manat olub ki, onun da 3 milyard 938 milyon manatı və 50.5 faizi 1-cü rübdə büdcəyə cəlb olunub. Adətən rübdən rübə artımla müşahidə olunan büdcə gəlirlərində əvvəlki rüblə müqayisədə artım tempi bu rübdə təmin olunmayıb. Müqayisə üçün qeyd edək ki, ötən ilun 6 ayında dövlət büdcəsinə 9 milyard 339 milyon manat vəsait toplanmışdı. Hazırda isə yığılan vəsait ötən ilin eyni dövrünə nisbətən 1 milyard 532 milyon azdır.
Neft amilinin nəzərə almasaq, Vergilər Nazirliyi və Gömrük Komitəsi demək olar ki, proqnoza ötənilki səviyyədə əməl etsə də, bu ilin 6 ayında büdcəyə toplanan vəsaitlərin gömrük rüsumları istisna olmaqla cəmisi 2 milyard 275 milyon manatı qeyri-neft sektorundan dövlət büdcəsinin payına düşüb”.

Q.İbadolunun fikrincə, yarım ildə dövlət büdcəsinin xərcləri 8 milyard 578 milyon manat təşkil edib və yaxud proqnoza nisbətən 85,0 faiz icra olunub: “Beləliklə də, son 6 ayda büdcə vasitəsilə xərclənən vəsait, demək olar ki, ötən ilki səviyyədə qalsa da, yığılan vəsait 1,5 milyard manatdan çox azalıb. Bu isə ilin sonuna büdcədə ciddi kəsirin formalaşacağını proqnozlaşdırmağa imkan verir”.