XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

08 Avqust 2016 - 12:28

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlıhəftəlik analiz

invest 23

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Avro/dollar valyuta cütlüyünün qiyməti son bir həftə ərzində 1.12$-dan 1.10$-a kimi ucuzlaşıb. Lakin InvestAZ analitiklərinin fikrincə, qiymət yenidən 1.12$ və 1.13$-a kimi bahalaşa bilər. ABŞ Federal Ehtiyat Sisteminin faizi artıra bilməməsi dolların dünya birjalarında ucuzlaşmasına, nəticədə isə avronun bahalaşmasına səbəb olur.

GBP

GBP/USD valyuta cütlüyünün qiyməti isə keçən həftə Böyük Britaniya Bankının faiz qərarından sonra 1.33$-dan 1.30$-a kimi ucuzlaşıb. Qiymətin əlavə olaraq 1.29$ və 1.28$-a kimi ucuzlaşma imkanı da vardır. Lakin analitiklər qiymətin ucuzlaşmasını müvəqqəti hesab edirlər və qiymətin yenidən 1.35$ və 1.37$-a kimi bahalaşa biləcəyini də proqnozlaşdırılır.

TRY

ABŞ dollarının türk lirəsinə nisbətən (USD/TRY-nin) qiyməti isə ucuzlaşmaqda davam edir. Hal-hazırda 3.00 TL ətrafında ticarət olunan cütlük üzrə qiymətin 2.97 TL-ə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. 2.97 TL altında qalan qiymət isə əlavə olaraq 2.95 TL və 2.90 TL-ə kimi də ucuzlaşa bilər. Yəni türk lirəsinin daha da bahalaşacağı proqnozlaşdırılır.

OIL

Eneriji bazarlarında InvestAZ şirkətinin analitiklərinin gözlədikləri kimi Avropanın Brent markalı neftin bir barel qiyməti yenidən bahalaşmağa başlayıb. Hal-hazırda 44$ ətrafında ticarət olunan Brent 41$-ın üzərində möhkəmləndiyi təqdirdə qısa müddət ərzində əlavə olaraq, 47$-a kimi bahalaşa bilər.

GOLD

Digər əmtəə bazarlarında isə qızılın bir unsiya qiyməti gözlənildiyi kimi yenidən dəyər itirməyə başlayıb. Keçən həftə 1367$-dan 1334$-a kimi ucuzlaşan qiymət 1375$-ın altında qaldıqca, 1310$ və 1305$-a kimi də ucuzlaşa bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti                    

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.