XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 August 2016 - 19:02

Neftin qiyməti45 dolları keçib

Oil 21

Bu gün dünya bazarında "Brent" markalı neftin qiyməti son iki həftədə ilk dəfə 45 dollar həddini keçib. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, təqribən 3 saat bundan əvvəl London əmtəə birjasında qara qızılın 1 bareli 45,05 dollara satılıb.

Bu isə ötən günün yekunu ilə müqayisədə 1,67% və yaxud 0,7 dollar çoxdur. Ümumiyyətlə, "Brent" nefti sonuncu dəfə iyulun 25-də 45,7 dollara satılıb.

"WTI" markalı neft də bahalaşmaqdadır. Bu gün Nyu-York birjasında qara qızıın hər bareli 42,56 dollara realizə edilib. Bu isə əvvəlki gün qeydə alınmış qiymətdən 1,89% və yaxud 0,76 dollar çoxdur.

Bahalaşmaya səbəb Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) prezidenti, Qətərin energetika naziri Məhəmməd bin Saleh-Əs-Sədanın açıqlaması olub. 

Xatırladaq ki, OPEC rəhbəri bu ilin III-IV rüblərində dünyada neftə tələbatın artacağını və bununda da onun bahalaşacağını bildirib. Onun sözlərinə görə, neftin qiyməti ilə bağlı bu il sentyabrın 26-28-də Əlcəzairdə keçirilməsi planlaşdırılan Beynəlxalq Energetika Forumunda qeyri-rəsmi müzakirələr olacaq.