XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

10 Avqust 2016 - 16:14

İyulda dövlət büdcəsinə 127 milyon manatdan çox vəsait köçürülüb –SOCAR tərəfindən

SOCAR

SOCAR tərəfindən bu ilin iyul ayında dövlət büdcəsinə 127 milyon 110 min manat vəsait ödənilib.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumiyyətlə, cari ilin yanvar-iyul aylarında SOCAR büdcəyə 788 milyon 852 min manat vəsait ödəyib.

Bu ilin iyul ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 74 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin iyul ayı ilə müqayisədə 901 min manat və ya 108,1 faiz çoxdur.

Ümumiyyətlə, cari ilin yanvar-iyul aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 81 milyon 606 min manat təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 649 min manat və ya 100,8 faiz çox olub.