Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının avqustun 11-nə rəsmi məzənnəsini 1,6062 AZN/USD səviyyəsində müəyyən edib.
AMB-dən "Report"a verilən məlumata görə, bu, gündəlik 0,14% artım deməkdir.
Qeyd edək ki, avqustun 10-da rəsmi məzənnə 1,6040 AZN/USD səviyyəsində olub.