XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

10 Avqust 2016 - 19:03

Bu il qlobal neft tələbatı gündəlik94 milyon 260 min barrel olacaq

oil

Bu il qlobal neft tələbatı 2015-ci ilə görə 1 milyon 220 min barrel artaraq gündəlik 94 milyon 260 min barrel olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Hesabata görə, 2017-ci ildə isə qlobal neft tələbatı 95 milyon 410 min barrelə çatacaq.

Cari ildə OPEC üzrə xam neft tələbatı 2015-ci illə müqayisədə 1 milyon 900 min barrel artaraq gündəlik 31 milyon 900 min barrel təşkil edəcək. 2017-ci ildə isə OPEC-in neft tələbatı bu ilə nisbətən 1 milyon 100 min barrel artaraq 33 milyon barrel olacaq.