XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

11 Avqust 2016 - 11:13

Dünyadakı milyarderlərin sayı rekord səviyyədə artıb –Asiyalılar daha çox varlanıb

dollar1

ABŞ-ın araşdırma mərkəzi Wealth-X-ın "Milyarder Sayı Hesabatına" görə, 2014-cü ildə 2 min 325 olan milyarderlərin sayı 2015-ci ildə 2 min 473-ə çatıb."Marja" xəbər verir ki, bu, dünyanın bu günə qədər gördüyü ən yüksək milyader sayıdır.

Sərvəti bir milyard dolları aşan insanların sayını göstərən hesabata görə, hər 2,95 milyon nəfər başına bir milyarder düşür.

Hesabatda varlı adların daha əvvəl heç olmadığı qədər yüksək bir sərvətə malik olduqları bildirilib. Bu milyarderlərin sərvəti bir ildə 5,3 faiz artaraq ümumilikdə 7,7 trilyon dollara çatıb. Bu miqdar, Fransa, İngiltərə, Almaniya və Yaponiyanın ümumi daxili məhsulundan çoxdur.

Hesabatda qarşıya çıxan digər faktlar isə belədir:

– Milyard dollarlıq bir sərvət yaratmaq üçün maliyyə sektoru hazırda ən əlverişli sektordur. Ancaq bu sektorda iş görən milyarderlərin sayı ötən il 5,5 faiz geriləyib, sərvətləri 6,6 faiz "əriyib",

– Asiya, ultra zənginlərin ən sürətli varlandığı regiondur. Burada milyarderlərin sayı 2015-ci ildə 15,2 faiz artaraq 645-ə çatıb. Bu şəxslərin xalis gəliri isə 19,6 faiz artıb və 1,69 trilyon dollar olub,

– Milyarderlərin əsasən ortaq "xobbi"si xeyirxahlıqdır. Milyarderlərin 56,3%-i pullarını xeyriyyəçiliyə könüllü xərcləyirlər. Digər müştərək xobbi isə səyahət, incəsənət, siyasət və dənizçilikdir,

– Milyarderlərin orta hesabla portfelinin 22%-i nağd puldan ibarətdir,

– Milyarderlikdə də cinsiyyət ayrı-seçkiliyi getdikcə böyüyür. 2014-dən bu yana milyarderlər sinfinə daxil olan 148 nəfərdən 140-ı kişidir.