XƏBƏR LENTİ

28 May 2020

Digər Xəbərlər

15 Avqust 2016 - 12:12

Azərbaycanın turizmdən gəlirləri bu il1,8 mlrd. dolları ötəcək

Dollar

 Bu il ərzində Azərbaycanın turizmdən gəlirləri 1,834 mlrd. ABŞ dollarına çatacaq. “Report” xəbər verir ki, bu barədə “World Travel and Tourism Council”in (WTTC – Dünya Səyahət və Turizm Şurası) ekspertləri açıqlama yayıblar. Açıqlamaya görə, 2015-ci ilə nisbətən Azərbaycana gələn turistlərin sayı 6,4% artaraq 1 mln. nəfərə çatıb.

Araşdırmalara görə, hər gün ərəb ölkələrindən 600-1 000 nəfər turist Azərbaycana səyahət edir. Həmin ərəb ölkələri arasında Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Oman və İraq vətəndaşları üstünlük təşkil edirlər ki, onlar da gün ərzində ölkədə minimum 150-200 dollar xərcləyirlər.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı məlumata görə, bu ilin mayında ötən illə müqayisədə ölkəyə gələn turistlərin sayı 30 dəfə artıb.

Ekspertlər 2015-ci ildə manatın devalvasiyasından sonra ölkənin daha cəlbedici olduğunu qeyd edirlər.