XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

16 Avqust 2016 - 14:22

Vətəndaşlar pulu nəyə xərcləyir? –Mərkəzi Bank icmalı açıqladı

erzaq

Azərbaycan Mərkəzi Bankı yanvar-iyun üzrə pul siyasəti icmalını açıqlayıb.

AMB-yə görə, 2016-cı ilin birinci yarısında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçıların əsas xərclərinin 49,5%-i ətrzaq malları, içkilər və tütün məmulatlarının alışı ilə əlaqədar olub. Hər bir istehlakçı orta hesabla hər ay pərakəndə ticarət şəbəkəsində 117,8 manat məbləğində ərzaq, içki alıb.

Qalan 50,5% qeyri-ərzaq mallarının, o cümlədən 17,8%-i geyim, ayaqqabı, 5,5%-i – elektrik cihazları və mebel, 0,8%-i kompüter, telekommunikasiya avadanlığı, 1,2%-i – əczaçılıq məmulatları, 6,5%-i – avtomobil yanacağı, 18,7%-i – digər qeyri-ərzaq mallarının alışına yönəlib. Hər istehlakçı 121,6 manat məbləğində qeyri-ərzaq malları alıb.

Ekspertlər hesab edir ki, ötən il manatın 2 dəfə devalvasiyasından sonra əhalinin çox hissəsi vəsaitlərinin çoxunu ərzaq mallarına yönəldib. Praktika göstərir ki, sabahkı günə ümid olmayanda adamlar "artıq" əşyalar almır, ərzağa üstünlük verir.