XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 August 2016 - 15:19

Daşkəsən Filizsaflaşdırma Kombinatı özəlləşdirməyə çıxarılır –Tender

daskesen fliz

Hökumət “Daşkəsən Filizsaflaşdırma Kombinatı” ASC-ni $1 mlrd-a etibarlı əllərə vermək istəyir.

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, bunun üçün tender keçirilir.  “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsinin təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması üçün məsləhətçi seçiləcək.

Məsləhətçinin vəzifələrinə müəssisənin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması; qiymətləndirilməsi və investisiya ehtiyaclarının öyrənilməsi; potensial investorlara təqdim olunmaq üçün müəssisə haqqında məlumat memorandumunun hazırlanması daxildir.

Dövlət çoxdan müəssisəni modernləşdirmək istəyir. Amma dəmir filizinin kəskin ucuzlaşması (1 tonu $146-dan $59,83-a – 12 avqust 2016)ixrac niyyətinə təsir edib.

Gömrük Komitəsinin məlumatına görə, bu ilin I yarısında ümumi ixracat $3,82 mlrd olub. Filiz ixracı $6,54 mln və ya 104 min ton təşkil edib. Bu, ötən ilkindən iki dəfə çoxdur.