Şanxay səhmlərinin çöküşü və səndələyən dünya
“Satmaq istəyirəm, amma satılmır, lənət şeytana!” 10 iyul. China Galaxy Securities-in Dalyan şəhərində yerləşən ofisində 60 yaşlı menecerin hövsələsiz səsi eşidilir. Səhmələrin satışı üç həftədən sonra dayandı. O, yığdığı pulları – 200 min yuanı səhmə qoyub, lakin indiki anda səhmlərin qiyməti iki dəfədən çox aşağı düşüb.
çin maliyyə bazarında əvvəlki kimi narahatlıqdır. Şanxay fond birjasının indeksi iyunun ortasında zirvədə idi, amma sonradan cəmi üç həftə ərzində 30 % tənəzzülə uğradı. çin bazarında fəaliyyətdə olan şirkətlərin, təxminən, yarısı ticarəti dayandırdı. Hökumətin tədbirləri sayəsində həftənin sonunda durum bur qədər normallaşdı, lakin bazar iştirakçıları bu gün də son dərəcə ayıq-sayıq davranmalı olur.
Prezident Putin BRHçG sammitinin gedişində bildirdi: “Energetika və əmtəə bazarının tərəddüdü və sabitsizliyi məni rahatsız edir”.
O, sanki demək istəyirdi ki, çin BRHçG-nin mühərriki olmasa, qurum üçün böyük qəlizliklər yarana bilər.
8-9 iyulda Nyu-York fond birjasında Apple şirkətinin səhmlərinin qiyməti 4,4% düşdü. Yanvardan marta qədərki dövrdə çin bazarında şirkətlərin gəliri 29% artdı. “Yaxşı müştərilər”in yox olması ilə bağlı əndişələr də səhm qiymətlərinin düşməsinə gətirib çıxartdı. Bəzi ekspertlər güman edirlər ki, çin iqtisadiyyatı artımının ləngiməsi səhm bazarını sabitsizləşdirir.
ABŞ maliyyə nazirliyindəki qaynaq qeyd edir ki, çinin şişirdilmiş mülkiyyət bazarının dağılmaq qorxusu var. Yunanıstan böhranındansa çin səhmdar bazarının qeyri-sabitliyi və iqtisadi artımın ləngiməsi dünya iqtisadiyyatı üçün daha ciddi təhlükə təşkil edir. Dünya nəfəsini qısaraq çin səhmlərinin tərəddüdünü seyr edir. Hökumət fəal tədbirlər görür: səmhlərin yüksək qiyməti üçün 7%-lik iqtisadi artım gərəkdir.
Yaponiya araşdırmalar mərkəzinin təmsilçisi Yudzi Miuranın fikrncə, çin hökumətinin 2012-ci ildə tətbiq edilmiş qənaət siyasəti üzündən sayı azalmış bahalı alqıları dəstəkləməyi, həmçinin bölgə administrasiyalarının borc problemini həll etməyi lazımdır. Yerli hökumətlərin borcları 2013-cü ildə 30 trilyon yuan təşkil edib. Nəticədə bölgə administrasiyalarının uçurum kənarında görünməsi təhlükəsi var. Mülk bazarının, həmçinin səhm və maliyyə bazarlarının hədsiz dərəcədə şişirtdiyi “sabun iqtisadiyyatı”nın mənfi nəticələrinin öhdəsindən gəlmək asan olmayacaq.
Eyni zamanda səhmlərin düşməsi və çin iqtisadiyyatının böhranı təkcə səhm bazarı vasitəsilə deyil, həm də əmtəə bazarı vasitəsilə bütün dünyaya zərbə vurur. çin dünyada ən böyük əmtəə istehlakçısıdır.
İyulda dəmir filizinin qiyməti 18% düşüb bir tona 49-49 dollar təşkil etdi. İyulun 8-də son on ilin ən aşağı göstəricisi qeydə alındı – 44 dollar. Məsələ burasındadır ki, əsas idxalçı olan çin iqtisadiyyatında inkişaf tempinin azalması nəticəsində metal məmulatına tələbatın azala biləcəyi haqda şayiələr yayıldı.
Neft bazarı da mürəkkəb durumdadır. İyunda neftn qiyməti hər barrelə 60 dollar səviyyəsində idi, lakin qəflətən 50 dollara qədər düşdü. Keçən il istehsalın artması sayəsində o zaman barrelə görə yüz dollardan yuxarı olan neftin qiyməti iki dəfə düşdü. çin bu ilin aprelində neft idxalına görə ABŞ-a çatdı və birinci yerə çıxdı. çin iqtisadiyyatının böhranı dərinləşsə, neft bazarında da ciddi şəkildə əks olunacaq.
Neft qiymətinin enməsi neft nəhənglərinin səhmlərinin dəyərinin azalmasına gətirib çıxartdı. Bu, “yararsız istiqrazlar” bazarını çökdürə bilər. Əvvəllər səhmlərin yüksək qiyməti sayəsində qalxan çin iqtisadiyyatı hələ də titrəməkdədir, biz isə durumun müşahidəsini davam etdiririk.
“Nikkei” (Yaponiya) 17.07.2015