XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 August 2016 - 17:05

227 min ASAN imza sertifikatı verilib –Vergilər Nazirliyi

Vergiler

Cari ilin iyul ayı ərzində vergi ödəyicilərinə xidmət strukturlarında qəbul edilmiş vergi ödəyicilərinin sayı 45 min 893 nəfər, göstərilmiş xidmətlərin sayı 78 min 439 olub.

Bu barədə Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, nazirliyin rəsmi internet səhifəsinə iyul ayında 309 min 772 daxilolma qeydə alınıb. Vergi ödəyicilərinə xidmət strukturları tərəfindən ümumilikdə 227 min 052, o cümlədən iyul ayında 7029 sayda ASAN İmza sertifikatı verilib.

İyul ayı ərzində ümumilikdə təqdim edilməli olan 207 min 335 vergi bəyannaməsindən 89,0 faizi vaxtında, onların da 94,2 faizi elektron qaydada təqdim edilib.