XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 August 2016 - 14:24

Neft hasilatının azalmasını dayandırmaq mümkün olub –SOCAR

neft-2

“ВР-Azerbaijan” (AÇG operatoru) şirkəti 2016-cı ilin I yarısında “Azəri-Çıraq-Günəşli” kontrakt meydançasından 16 mln ton neft çıxarıb.

Bu barədə Turan-a SOCAR-dakı mənbələrdən məlum olub. 2015-cı ilin eyni dövründə bu göstərici 15,7 mln ton və ya sutkada 641 min barrel olub. “ВР-Azerbaijan”ın fəaliyyəti sayəsində I yarımildə 2010-cu ilin III rübündən başlayan neft hasilatının azalmasını dayandırmaq mümkün olubTuran müəyyən edib ki, neft hasilatının azalmasınının qarşısını laylara daha çox səmt qazı vurmaqla aradan qaldırmaq mümkün olub. Bu il ВР və tərəfdaşları bu həcmi iki dəfə artırıb. Hasilat artımı səmt qazını Azərbaycan tərəfinə pulsuz verməkdən daha sərfəlidir. Neft xarici bazarlarda daha bahadır. Digər tərəfdən, çatmayan səmt qazı həcmini Azərbaycan qənaət yolu ilə və ya qaz və elektrik paylayıcı şəbəkəni modernləşdirməklə əvəz edə bilər.