XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

18 İyul 2015 - 15:42

Azərbaycanın xarici ticarət dövriyyəsi ötən illə müqayisədə 28 faiz azalıb

ticaret.jpg

2015-ci ilin I yarısında Azərbaycanın xarici ticarət dövriyyəsi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 28,94% azalaraq $10,930 mlrd olub.

Hesabat dövründə ixrac 44,59% azalaraq $6,231 mlrd təşkil edib. İdxal 13,64% artaraq $4,698 mlrd-a çatıb. (Turan)

Gömrük yığımı $765,337 mln təşkil edib. O cümlədən gömrük rüsumu $215,874 mln, ƏDV $498,457 mln, aksizlər $41,468 mln, yol vergisi $9,535 mln olub.

I yarımildə Azərbaycanın rezidentləri və qeyri-rezidentləri 138 ölkə ilə ticari əməliyyatlar həyata keçirib. Bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 12 vahid azdır. Xarici ticarət əməliyyatlarında 4823 şəxs, o cümlədən 2803 fiziki və 2020 hüquqi şəxs iştirak edib. Hüquqi şəxslər arasında özəl sektor xeyli üstünlük təşkil edir.