XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

18 Avqust 2016 - 17:01

Azərbaycan “Şimal-Cənub” dəmiryolu layihəsi üçün 200 mln kredit götürür

demiryolu.jpg

Azərbaycan "Şimal-Cənub" dəmiryolu layihəsinin həyata keçirilməsi üçün kredit axtarışını davam etdirir.

200 mln dolar kredit almaq üçün rəsmi Bakı Asiya İnkişaf Bankına (AİB) müraciət edib. AİB-in məlumatına görə, bu il 14-25 noyabr tarixlərində AİB-in missiyası layihə üzrə informasiya toplanması məqsədilə Azərbaycanda səfərdə olacaq.

"Şimal-Cənub" dəmiryolu layihəsi 2016-cı ilin sonu üçün İran və Azərbaycanın dəmir yollarının birləşdirilməsini nəzərdə tutur. Fevralda İran və Azərbaycan prezidentləri bu barədə saziş imzalayıb.

"Şimal-Cənub" dəmiryolunun Rəşt-Astara sahəsi İran, Rusiya və Azərbaycanı, eləcə də Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək. Layihə çərçivəsində Azərbaycan öz ərazisində 14 km dəmiryolu çəkməlidir.