XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 July 2015 - 14:13

Siftəni almanlar edəcək – İranla münasibətdə

İranla bağlanan “nüvə sazişi”ndən sonra Avropadan bu ölkəyə ilk işgüzar səfərə gedən Almaniya olacaq. Xarici mətbu orqanlara istinad edən Strateq.az-ın məlumatına görə, bunu Almaniyanın iqtisadiyyat naziri Sigmar Gabriel bildirib. İran prezidenti tərəfindən qəbul ediləcəyi gözlənilən alman nazir səfərə təkbaşına çıxmayacaq. Onu xeyli sayda iş adamı da müşaiyət edəcək.

Alman iş dünyası İranla qarşılıqlı işgüzar əlaqələr qurmaqda marağını hələ bir müddət əvvəl ortaya qoymuşdu. Yaxın Şərqin ən böyük neft və qaz ölkələrindən sayılan və sənayeləşməyə də ciddi önəm verən İranın yeni quruculuq fəaliyyətində müasir texnikalara ehtiyac duyduğu şübhəsizdir. Almaniya da İranın bu tələblərini öz texniki avadanlıqlarıyla təmin edərək, son zamanlar iqtisadiyyatında yaranmış zəifləməyi aradan qaldıra bilər. Eyni zamanda sanksiyalar nəticəsində tankerlərdə toplanmış İran neftini daha ucuz qiymətə almaqla alman sənayesini daha da canlandırmaq mümkündür.

Heydər Oğuz

Strateq.az