XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 July 2015 - 15:44

Çin zəiflədikcə, neft də ucuzlaşır

Dünyada bazarında neftin qiymətinin aşağı düşməsinin səbəblərindən biri də çində yaşanan iqtisadi böhrandır. Dünyanın ən böyük neft idxalatçılarından olan ölkənin “qara qızıl”a tələbatının azalması, istər-istəməz, qiymətlərə təsir edir, alıcıların əlini gücləndirir.

Məşhur iqtisadi nəşrlərdən “Bloomberg”in bu gün yaydığı bir məlumat da bu həqiqətdən xəbər verir.

Strateq.az sözügedən mənbəyə əsaslanaraq bildirir ki, Səudiyyə Ərəbistanının neft ixracatı çindəki zavodların mövsümlük baxım səbəbiylə bağlanmasının ardından 3 ilin ən aşağı səviyyəsinə geriləyib. Məlumata görə, Səudiyyə Ərəbistanı may ayında gündəlik 6.94 milyon barel neft ixrac edib. Bu isə aprel ayının ortalamasıyla müqayisədə təxminən 1 milyon barel azdır və ixracat 2012-cü ilin avqustundan bəri ən aşağı səviyyəyə düşüb.

Qeyd edək ki, çin iqtisadiyyatı da may ayında ötən ilin eyni tarixinə nisbətdə 11% zəifləmişdi.

Heydər Oğuz

Strateq.az