XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

19 İyul 2015 - 17:56

Gürcü nazir: “Bakı-Supsa kəmərinin bir hissəsi rusların işğal etdiyi zonaya düşüb”

gurcu nazir.jpg

“Rusiya Cənubi Osetiyayanın sərhəd nişanlarının yerini 300 metr dəyişdirərək Gürcüstanı provokasiyaya çəkir”

Bu barədə Gürcüstanın müdafiə naziri Tina Xidaşeli bəyan edib. (Turan)

Onun sözlərinə görə, beynəlxalq konsorsiumun Azərbaycan neftini nəql etdiyi Bakı-Supsa neft kəmərinin bir hissəsi və 10 ha əkin yeri bu işğal edilmiş zonaya düşüb. Xidaşeli tanınmamış Cənubi Osetiyayanın sərhədi dəyişməsi ilə bağlı vəziyyəti şərh edib. O, hesab edir ki, Cənubi Osetiyaya ilə sərhəddə göstəricilər qurmaqla Moskva Gürcüstanı münaqişəyə çəkir, deyə RBK bildirir.

Xidaşeli bəyan edib ki, Rusiya Gürcüstanı «daim münaqişəyə çəkir», deyə «Gürcüstan-Online» məlumat verir. «Bannerin orda və ya burda qoyulması, düşünmürəm ki, Rusiya üçün siyasi-strateji əhəmiyyətə malik olsun. Hər gün səbrimizi sınayıb bizi münaqişəyə çəkmək istəyirlər», — deyə müdafiə naziri bəyan edib.

«Rusiya üçün Sxinvali rayonunda şərti çəkilmiş sərhədlərin siyasi-strateji əhəmiyyətinin olduğunu düşünmürəm. Məqsəd başqadır — Rusiya tərəfi hər gün səbrimizi yoxlayır, bizi hərbi münaqişəyə cəlb etmək istəyir, amma dövlətimizin indiki rəhbərliyi buna yol verməyəcək», — Xidaşeli bildirib (İnterfaks-ın sitatı).

İyulun 15-də Gürcüstanın XİN-i Rusiya Cənubi Osetiyayanın sərhədləri dəyişmək üzrə birtərəfli hərəkətləri ilə bağlı Rusiyaya etiraz notası göndərib. Gürcüstan tərəfinin vesiyasına görə, Cənubi Osetiyaya sərhəd nişanları iyulun 10-da Sitelubani (Gürcüstan) və Orçosani (Cənubi Osetiyaya) kəndlərinin yaxınlığında qoyulub.

Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin sərhədlərin yerlərinin dəyişdirilməsi barədə «səs-küyü» «düşünülmüş və təbliğat xarakterli» adlandırıb, deyə RBK bildirir. Rusiya tərəfi qeyd edib ki, sərhədlə bağlı bütün iddialar Cənubi Osetiya ilə müzakirə olumalıdır. «Tbilisidə yaxşı bilirlər ki, “sərhədlərin yerlərinin dəyişdirilməsi” baş verməyib. Gürcüstan tərəfi hələ də qəti qərara gəlməyib — Rusiya ilə münasibətlərin sağlamlaşdırılması məntiqinə əməl etsin, yoxsa bundan sonra da provokativ uydurmalara əl atsın», — deyə Rusiya XİN-in məlumatında bildirilir.