XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

19 İyul 2015 - 18:54

Azərbaycan tarixində ilk olaraq rekord məhsuldarlığa nail olunub- STATİSTİKA

buqda.jpeg

Dövlət Statistika Komitəsinin 2015-ci il iyulun 6-na olan məlumatına əsasən, dənli və dənli paxlalıların (qarğıdalısız) əkildiyi 915.212 hektar sahənin 780.932 (88,8 faiz) hektarı biçilib.

Strateq.az bildirir ki, hər hektarda məhsuldarlıq orta hesabla 30,3 sentner təşkil edib və 2.368.900 ton taxıl əldə olunub. O cümlədən 539.715 hektar buğda sahəsinin 425.379 hektarı (78,8 faiz) biçilərək, hər hektardan 31,7 sentner olmaqla, 1.349.900 ton məhsul yığılıb: “Beləliklə, cari mövsüm respublika tarixində ilk olaraq rekord (30 sen/hektardan yuxarı) orta məhsuldarlıq göstəricisinə nail olunub. Bu tarixədək taxıl üzrə məhsuldarlıq ötən mövsümə nisbətən 34 faiz, o cümlədən buğda üzrə 33,8 faiz yüksəkdir”.

Həmçinin iyulun 1-nə olan məlumata görə, 288.663 ton kartof, 382.930 ton tərəvəz, 93.140 ton meyvə, 273,4 ton yaşıl çay yarpağı və 76,5 ton tütün məhsulu yığılıb. Kartof, tərəvəz, meyvə, yaşıl çay yarpağı və tütünün istehsal həcmi ötən illə müqayisədə müvafiq olaraq 10,7, 11,8, 2,6, 18,7 və 30,5 faiz artıb.