XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

21 Avqust 2016 - 13:41

Məşhur kredit təşkilatı Azərbaycana gəlir –Özəl kredit büroları yaradılacaq

kredit

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və ABA-nın icraçı direktoru Yunus Abdulovun Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və İsveçrənin “Creditinfo Group” təşkilatının nümayəndələri iə görüşündə Azərbaycanda özəl kredit büroları yaradılması müzakirə edilib.

Turan-ın məlumatına görə, görüşdə ölkədə özəl kredit bürolarının yaradılması üzrə fəaliyyət planı və qarşıda duran addımlar razılaşdırılıb.

Buna qədər "Creditinfo Group" Gürcüstan, Qazaxıstan, Rumıniya kimi ölkələrdə özəl kredit bürolarının yaradılmasında iştirak edib.

Görüşdə büroların xaricdəki fəaliyyəti, onların yaradılmasının banklar və digər əlaqədar tərəflər üçün faydası barədə fikir mübadiləsi aparılıb.