XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

22 Avqust 2016 - 11:26

Bu il Azərbaycanın payına düşən mənfəət neftinin həcmi60%-ə çatacaq

Yusifzadə

 Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri, Çıraq və Günəşli" (AÇG) yataqlar blokundan işləmənin əvvəlindən indiyədək ümumilikdə 404,1 mln. ton neft hasil edilib.

APA Economics” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.

O qeyd edib ki, bu həcmin 224 mln. tonu Azərbaycanın payına düşən mənfəət neftidir: “Mənfəət neftinin həcmi ilbəil artır. Bu il Azərbaycanın payına düşən mənfəət neftinin həcmi 60%-ə çatacaq".

SOCAR rəsmisi qeyd edib ki, indiyədək Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 300 mln. ton neft nəql edilib.