XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 August 2016 - 13:04

Bakı – Ceyhan kəməri ilə Avropya satdığımız neftin həcmi açıqlandı –300 milyon ton!

neft cin

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-dərinsulu Günəşli” (AÇG) neft-qaz yatağından işləmənin əvvəlindən indiyədək ümumilikdə 404,1 milyon ton neft və 123 milyard kubmetr təbii qaz hasil olunub.

Yataqlar blokundan aylıq neft hasilatı 2,8 milyon ton, təbii qaz hasilatı isə 1,1 milyard kubmetr təşkil edib.

Bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə məlumat verib. O bildirib ki, həmin həcmin 224 milyon tonu Azərbaycanın payına düşən mənfəət neftidir: “Mənfəət neftinin həcmi ilbəil artır. Bu il Azərbaycanın payına düşən mənfəət neftinin həcmi 60 faizə çatacaq. Həmçinin indiyədək Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ilə 300 milyon ton neft nəql olunub”, – deyə X.Yusifzadə əlavə edib.