XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

22 Avqust 2016 - 16:53

Banklarda dollar qıtlığı var:Bəzi banklar satışı dayandırlıb

dollar

Şənbə günündən Azərbaycan banklarında dollar qıtlığı müşahidə olunur. Bazar ertəsi səhərdən vəziyyət dəyişməyib.

Dollar almaq istəyənlərə onu ya vermirlər, ya da məhdud həcmdə verirlər. Səhərdən dollar qıtlığı barədə məlumatlar sosial şəbəkələrdə də yayılır.

Turan bununla əlaqədar bir neçə bankda sorğu aparıb.

“Respublika” Bankdan bildiriblər ki, bu gün dollar satışı dayandırılıb. Bunun bankın öz qərarı olduğu deyilir. “Rabitəbank”dan bildirilib ki, dollar məhdud həcmdə satılır: bir ələ 200 dollar (bu qədər də avro) verilir. “Atabank” və “Bank Standart”da deyiblər ki, satış üçün limit bir ələ $500 təşkil edir. Azərbaycan Beynəlxalq Bankından və  “Kapital Bank”dan bildirilib ki, valyuta satışı həyata keçirilir, lakin hər hansı məhdudiyyətin olub-olmadığını söyləməyiblər.

Yalnız bir bankda – “YapıKredi Bank”da bildiriblər ki, dollar satışı məhdudiyyətsiz həyata keçirilir.