XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

24 Avqust 2016 - 19:08

“Gordon Chief”:"Hasilatın həddindən çox olması neftin qiymətinə təsir göstərir"

Hasilatın həddindən çox olması neftin qiymətinə təsir göstərir.

Azərtac xəbər verir ki, “Gordon Chief”in iqtisadçısı Simon Frenç bu fikirdədir. O bildirir ki, neftin istehsalının artması “qara qızıl”ın qiymətinin ucuzlaşmasına təsir edən əsas amildir. Ən əsası isə ən böyük neft istehsalçılarından biri olan İranın yenidən beynəlxalq bazarlara geri dönməsidir. Aprel ayında istehsalı artırmaq barədə qərar verən İranın bu siyasətini dəyişdirmək üçün bir səbəbi yoxdur.

“İstehsalı artırıb qiyməti aşağı salan əsas faktor təkcə İran deyil. İraqın Kərkük bölgəsi də yenidən neft bazarındakı payını artırmağa hazırlaşır. Bundan başqa Afrikanın ən böyük neft istehsalçılarından olan Nigeriyanın da bəzi yataqları üsyançıların idarəçiliyindən geri alması ilə bağlı hasilatı əvvəlki səviyyəyə çatdıracağı gözlənilir”, – deyə S.Frenç əlavə edib.