Dünyanın 4 ən böyük iri bankları – "UBS", "Deutsche Bank", "Santander", "Bank of New York Mellon" "ICAP" broker şirkəti və "Clearmatics" startapı ilə birgə yeni rəqəmsal valyutanın yaradılması üzərində işləyirlər.
Azərtac “RİA Novosti”yə istinadla xəbər verir ki, valyutanın işə salınması 2018-ci ilin əvvəlinə planlaşdırılıb. Valyuta blockchain texnologiyalarından istifadə etməklə maliyyə sövdələşmələri üçün standart verəcək və onların həyata keçirilməsi ilə bağlı fəaliyyətini optimallaşdırmağa imkan yaradacaq.