XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

25 Avqust 2016 - 09:48

Manat avro, rubl və lariyə nisbətənbahalaşıb

Bank

 Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 24-ü ilə müqayisədə dəyişməyərək 1,6245 manat olub.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,22% zəifləyərək 1,8308 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə 1,19% azalaraq 0,0249 manat səviyyəsinə enib.

Türkiyə lirəsinin məzənnəsi 0,31% möhkəmlənərək 0,5513 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1486 manatdır. Beləliklə, funt sterlinq 0,38%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,58% azalaraq 0,7078 manat təşkil edib.