XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

22 İyul 2015 - 09:44

İpoteka ilə mənzillər ən çox bu 3 rayonda götürülür- RƏSMİ

ipoteka.jpg

2015-ci iln yanvar-iyulunda Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə Bakıda yaşayan vətəndaşlara 559 ipoteka krediti verilib (ümumi həcmin 45,1%-i – 1 min 237).

AİF-in statistikasına əsasən, paytaxtda daha çox Xətai (23,1%), Yasamal (15,7%) və Binəqədi rayonlarında (14%) mənzil ipotekaya götürülür. Ən az ipoteka paytaxtın Qaradağ (2,9%), Səbail (3,6%) və Sabunçu rayonlarında (4,6%) mənzillərin alınması üçün verilir.

2006-cı ildən 2015-ci il iyulun 1-ə Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə Bakıda yaşayan vətəndaşlara verilmiş ipoteka kreditlərinin sayı 11,327 min təşkil edib. Sumqayıtda 1,563 min, Abşeron rayonunda (Xırdalan) 773, Gəncədə 599, Naxçıvanda 142 ipoteka krediti verilib, qalanı respublikanın digər şəhərlərinin payına düşüb.

ölkə üzrə indiyədək 17 min 79 ipoteka kreditləri verilib. Bunun 68,4%-i Bakının payına düşür. 18-29 yaş arasında olan (bütün ipoteka kreditlərinin 37,5%-i), 30-35 yaş arasında olan (33,6%) və 36 yaşdan yuxarı şəxslər (28,9%) daha tez-tez ipoteka krediti götürür.

İpoteka kreditlərinin 92,6%-i çoxmərtəbəli binalarda mənzil alınması, 7,4%-i fərdi evlərin alınması ilə bağlı olub. Bununla yanaşı, ipoteka kreditlərinin 42%-i 40-60 kvadratmetr sahəsi olan mənzillərin, 30,5%-i 60-80 kvadratmetr sahəsi olan mənzillərin, 10,9%-i 80-100 kvadratmetr sahəsi olan mənzillərin, qalanı isə digər sahələrə malik mənzillərin alınması üçün verilib.

İpotekaya götürülmüş mənzillərin 54,7%-i 30-60 min manat, 36,4%-i 60-90 min manat, 4,5%-i 90-120 min manat, 2,4%-i 30 min manata qədər, 2%-i 120 min manatdan yuxarı məbləğdə olub.

Ailəlilər (68,2%) daha çox ipoteka götürür. Alıcıların 83,1%-i kişilərdir. Borc alanların 35,3%-nin aylıq gəliri 11 min manatı, 21,2%-nin – 700-900 manatı, 18,3%-nin – 500-700 manatı, 15,4%-nin isə 900-1100 manatı ötür.

İki ildir, dövlət büdcəsindən sosial ipotekaya 50 mln manat ayrılır.