XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

27 Avqust 2016 - 10:32

SOCAR və 4 ölkə arasındamemorandum imzalanıb

Socar

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik Qaz Kəməri (IAP) layihəsinin gələcək inşası üzrə dünən Anlaşma Memorandumu imzalanıb.
“Report” Xorvatiya KİV-inə istinadən xəbər verir ki, imzalanma avqustun 25-26-da keçirilən Dubrovnik Forumu çərçivəsində baş tutub.
Qeyd edək ki, 2007-ci ildə Xorvatiya, Monteneqro və Albaniya Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilməsi ehtimal edilən IAP üzrə bəyannamə imzalayıb. IAP kəmərinin Splitdən (Xorvatiya) Fierə (Albaniya) qədər uzunluğun 516 km təşkil edir. Boru kəməri ilə illik 5 mlrd. kubmetr qazın nəqli nəzərdə tutulur.