XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 August 2016 - 10:39

Doqquz bankın əmanətçilərinə 218 milyon manatdan artıqkompensasiya ödənilib

bank

Əmanətlərin Sığortalanması Fondu tərəfindən "Parabank" ASC-nin qorunan əmanətçilərinə 20 milyon 699 min manat, "Zaminbank" əmanətçilərinə 36 milyon 513 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 9 milyon 946 min manat, "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 473 min manatdan artıq kompensasiya ödənilib. Dörd bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 69 milyon 631 min manatdan artıqdır.

Əmanətlərin Sığortalanması Fondundan bildiriblər ki, həmin gün "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 3 milyon 138 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 883 min manat ödənilib ki, bu da iki bank üzrə ümumilikdə 4 milyon manatdan artıq kompensasiya deməkdir.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 052 min manat, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 895 min 554 manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 504 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın məbləği 144 milyon 451 min manatdan çoxdur.

Ümumilikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən 9 bank üzrə 218 milyon manatdan artıq kompensasiya ödənilib.