Dünəndən bu günə dünya bazarında neft, hardasa, 0.55 dollar ucuzlaşıb.
Strateq.az xəbər verir ki, ötən gün bu saatlarda “Brend” markalı neftin qiyməti 56.6 dollar olaraq göstərilirdi. İndisə 56.05 dollardır.
Qeyd edək ki, bu, nisbi göstəricidir. Gün ərzində qiymətlər sabit qalmır, bəzən 1 dollara qədər fərqli rəqəmlər ortaya çıxır. Necə ki, dünən bu saatlarda 56.6 dollar olan qiymət göstəricisi gündəlik neft birjasının sonunda 55.98 dollar olmuşdu. Bu gün qiymətlərin daha aşağı düşəcəyi gözlənilir.