XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 August 2016 - 15:55

İndiyədək Bakıdakı yarmarkalarda240 min tondan çox məhsul satılıb

2006-cı ildən indiyədək Bakı şəhəri üzrə 1050 kənd təsərrüfatı məhsulları yarmarkası keçirilib. Eyni zamanda, belə yarmarkalar Sumqayıt və Abşeronda da fəaliyyət göstərir.

Azərtac xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev jurnalistlərə açıqlamasında bildirib.

"Yarmarkalarda indiyədək 240 min tondan çox məhsul satılıb. Məqsəd ölkədə əhalini ucuz, keyfiyyətli, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təmin etmək, həmçinin fermerlərin yarmarkalara maneəsiz çıxışına şərait yaratmaqdır", – deyə nazir müavini qeyd edib.