XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

30 Avqust 2016 - 14:51

“Fitch” agentliyi Azərbaycan üçün iqtisadi proqnozunu açıqladı:"Mənfi"

Fitch-Ratings

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren proqnozunu "mənfi" olaraq müəyyənləşdirib.

Agentlik Azərbaycanın yerli və xarici valyutada olan emitentin uzunmüddətli defolt reytinqini (İDR) “BB+”, xarici valyutada olan istiqrazlarını da “BB+” səviyyəsində təsdiq edib. Bununla yanaşı, Azərbaycanın qısa müddətli yerli və xarici valyutada olan reytinqi (IDRs) “B+” olaraq təsdiqlənib. (Turan)

Mənfi proqnoz neftdən güclü asılılıq, bununla yanaşı inkişaf etməmiş siyasi çərçivə və zəif bank sektoru arasında balansı müəyyən edir.

Agentlik formal olaraq islahatların başlanıldığını bildirir, amma hesab edir ki, biznes mühiti yaxşılaşdırmaq üçün tədbirlər görülməlidir.

Agentlik hesab edir ki, bu il bu il konsolidə edilmiş ümumi dövlət kəsrinin ÜDM-in 7,3%-ə bərabər olub. “Fitch”in Azərbaycanın büdcə kəsiri ilə bağlı əvvəlki proqnozu isə 12,5% olub. Yaxşılaşmaya ARDNF-nin bufer yastığı kömək edib. (1 avqust üçün $35,1 mlrd və ya ay ərzində + $1,5 mlrd).

Fitch ekspertləri bank sisteminin zəif olduğunu bildirir. Vaxtı keçmiş kreditlər 1 avqust üçün 8,4% (1 yanvarda 6,9%) olub. 

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda sosial və siyasi sabitliyin qorunacağını, Dağlıq Qarabağ münaqişəsinin iqtisadi və maliyyə sabitliyinə zərər verə biləcək səviyyədə davamlı eskalasiyasının olmayacağını gözləyir.