XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

24 İyul 2015 - 11:27

Azərbaycanlılar Türkiyədə 6 ay ərzində 99 şirkət yaradıb

biznes.jpg

2015-ci ilin yanvar-iyununda Azərbaycan kapitalının iştirakı ilə 99 şirkət, o cümlədən 25 səhmdar cəmiyyəti yaradılıb, deyə Türkiyə Palatalar və Birjalar Birliyi (TOOB) məlumat verir.

6 ayda yaradılan səhmdar cəmiyyətlərin kapitalında Azərbaycandan olan investorların iştirakı 78,8%-dir (6 mln 822,6 min lirə). 74 MMC-nin kapitalına Azərbaycan sahibkarları 5 mln 254,6 min lirə qoyub.

Cəmi bu il Türkiyədə Azərbaycan sahibkarlarının iştirakı ilə yaradılan şirkətlərin təsis kapitalına 16,4 mln lirə qoyulub.

İnvestorlar əsasən ticarət, ictimai iaşə, turizm, nəqliyyat və başqa sahələrə vəsait qoyub.

Azərbaycandan fərqli olaraq, Türkiyədə kommersiya şəxslərin dövlət reyestri məlumatları cəmiyyətdən gizlədilmir və arzu edənlər müxtəlif axtarış imkanlarından (qeydiyyat nömrəsi, şirkətin adı, təsisçinin soyadı və s.) istifadə edib onlarla tanış ola bilərlər