XƏBƏR LENTİ

27 May 2020

Digər Xəbərlər

31 Avqust 2016 - 17:24

9 bank üzrə 226 milyon manatdan artıqkompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən 30 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 21 milyon 181 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 37 milyon 112 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 11 milyon 948 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 659 min manatdan artıq kompensasiya ödənilib.

4 bank üzrə ümumilikdə 72 miyon 902 min manatdan artıq kompensasiya ödənilib.

Trend-in ADIF-ə istinadən verdiyi məlumata görə, 30 avqust 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 7 milyon 350 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 231 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 8 milyon 581 min manatdan artıq kompensasiya ödənilib.

30 avqust 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 061 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895 min 554 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 604 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 milyon 560 min manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 226 milyon 43 min manatdan artıq kompensasiya ödənilib.