XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 July 2015 - 22:45

Dünyanın ən çox neft ehtiyatı olan ölkələri – Siyahı

Vesti.ru dünyada ən çox neft ehtiyatı olan ölkələrin reytinq cədvəlini dərc edib.

Analitik Maykl Koenin təqdim etdiyi ilk onluğun birinci pilləsində Venesuela yer alıb. Bu ölkənin təsdiq olunmuş neft ehtiyatları 298 milyard barreldir.

Publika.az xəbər verir ki, ikinci yerdə 269 milyard barrel neft ehtiyatı olan Səudiyyə Ərəbistanı, 3-ü sırada isə 173 milyard barrellə Kanada qərarlaşıb. Onluğun dördüncüsü 157 milyard barrel neft ehtiyatı olan İrandır. Reytinqdə 5-ci yer İraqa, 6-cı yer Küveytə, 7-ci sıra isə Birləşmiş Ərəb Əmirliklərinə məxsusdur.

Rusiya bu siyahıda 80 milyard barrel neft ehtiyatı ilə 8-ci sırada qərarlaşıb.

Siyahıda Liviya 9-cu, Nigeriya isə 10-cu yerdədir.