XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

01 Sentyabr 2016 - 13:34

Mərkəzi Bank dollar qıtlığı ilə bağlı vəziyyəti niyə şərh etmir?

Bank

Kommersiya banklarının xarici valyuta satışı ilə bağlı vəziyyət gərgindir.

“Turan”ın məlumatına görə, ötən həftənin sonundan bankların bir hissəsi valyuta satışını ya dayandırıb, ya da sərt limit qoyub.

Sentyabrın ilk günündə banklar arasında keçirilən sorğu göstərib ki, vəziyyət normallaşmayıb. Belə ki, «Respublika», «Standart», «Silkway» xarici valyuta satmır. «Kapitalbank», «Accessbank»,  «Azərbaycan Beynəlxalq Bankı» bir nəfərə 100 dollar/avro limit qoyub, «Azəritürkbank»da bildiriblər ki, dollar alışına limti kassaya yaxınlaşanda bilmək olar. «Paşabank»da deyiblər ki, xarici valyutanı yalnız müştərilərinə satırlar.

Maraqlıdır ki, müvafiq maliyyə strukturları banklarda dollar qıtlığına və bununla bağlı yaranan təşvişə rəsmi reaksiya vermirlər. AMB “Turan”ın valyuta qıtlığı və vəziyyəti yaxşılaşdırmaq üçün görülən tədbirlər barədə sorğusuna cavab verməyib.

Maliyyə Bazarlarına Nəzarət Palatasında qey ediblər ki, onlar bankların kommersiya siyasətinə qarışmır, 4% marjaya nəzarət edirlər.

Bununla belə, Palatada qeyd ediblər ki, əksər kommersiya banklarının valyuta satışından imtinası ilə bağlı əhali arasında təlaşın mövcud  olduğunu hesab etmirlər.