Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükünün vaxtı noyabrın 1-dək uzadılıb. Fond, eyni zamanda, buğdanın da alış qiymətini qaldırıb.
Strateq.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yerli buğda istehsalçılarından keyfiyyətli buğdanın qiyməti bir ton üçün 250 manatdan 270 manata qaldırılıb.