"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev Rusiyanın Vahid Enerji Sisteminin törəməsi olan Federal Şəbəkə Şirkətinin İdarə Heyətinin sədri Andrey Murov ilə görüşüb.
Görüşdə Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya elektrik enerjisi halqasının yaradılması istiqamətində atılan addımlar müzakirə olunub. Bununla yanaşı, tərəflər elektrik enerjisinin nəqli mexanizmlərinin tənzimlənməsini ətrafında da fikir mübadiləsi aparıb. (APA)