XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2015 - 07:59

Neft Fondunun gəliri 33 faiz azalıb – RƏQƏMLƏR

neft ciraq.jpg

2015-ci ilin birinci yarısının yekunlarına görə, Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 4 milyard 54 milyon manat vəsait daxil olub (təqribən $3,9 milyard – Caspian Barrel).

Strateq.az Caspian Barrel”ə istinadən bildirir ki, Bu haqda Fondun ikinci rübün yekunları ilə bağlı açıqlamasında məlumat verilir.

Qeyd edək ki, 2014-cü ilin yanvar-iyununda ARDNF-a daxil olan vəsaitlərin ümumi məbləği 6 milyard 493,6 milyon və ya $8,3 milyard təşkil etmişdi. Bu baxımdan ötən ilin birinci yarısının göstəriciləri ilə müqatisədə Neft Fondunun gəlirləri manatla təqribən 33%, ABŞ dolları ilə isə 2,1 dəfə azalıb.

Caspian Barrel xatırladır ki, 2014-cü ildə Neft Fondunun ümumi gəlirləri 16,2 milyard dollar təşkil etmişdi.

Neft Fondunun gəlirlərinin azalması dünya bazarlarında neft qiymətlərinin təqribən iki dəfə azalması ilə əlaqəlidir. İlin ikinci yarısında isə neft qiymətlərinin bir qədər də azalması tendensiyası haqda proqnozlar verilir. Bundan əlavə Azərbaycan neftinin ixrac həcmləri obyektiv səbəblər üzündən IV rübdən başlayaraq bir qədər azalmağa başlayacaq.