XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

05 Sentyabr 2016 - 11:57

“Nikoil Bank” kapitalını 60 mln. manat artırır

bank

 Avqustun 31-də Moskvada "Nikoil Bank" ASC-nin səhmdarlarının növbədənkənar yığıncağı keçirilib.

Məlumata görə, yığıncaqda "Nikoil Bank"ın nizamnamə kapitalının 60 mln. manat artırılması barədə qərar qəbul edilib. Qərara əsasən, Bankın kapitalı 34,5 mln. manatdan 94,5 mln. manata çatdırılacaq.

Xatırladaq ki, kapital artımı məsələsi "Nikoil Bank"ın Müşahidə Şurasının bu yaxınlarda keçirilmiş iclasında müzakirə edilib və səhmdarlara nizamnamə kapitalının bu ilin sentyabr ayından gec olmayaraq artırılması tövsiyə olunub.

Bu gün "Nikoil Bank" əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ səhifə www.nikoil.azsəhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək mümkündür.  (Report)