XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

06 Sentyabr 2016 - 17:12

“Dolların bahalaşması problemli kreditlərin həcmini daha da artıracaq” –Vüqar Bayramovdan yeni təklif

Vüqar

"Dolların manata nisbətən həm rəsmi, həm də bazar məzənnəsinin yüksəlməsi xarici valyutada olan kreditlərin ödənilməsinə təsirsiz ötüşmür. Bu, eyni zamanda, problemli kreditlərin həcminin artmasına gətirib çıxarır. Güman olunur ki, dolların bahalaşması problemli kreditlərin həcmini daha da artıracaq".

Strateq.az xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı Vüqar Bayramov deyib.

Bəs, problemi necə həll etmək olar?

Bu suala cavab verən iqtisadçl bildirib ki, o, ABŞ təcrübəsindən istifadə edilərək, problemli kreditlərin və aktivlərin dövlət tərəfindən alınaraq sağlamlaşdırılmasını təklif edir:

"Belə ki, qlobal maliyyə böhranından sonra, 2008-ci ildə ABŞ-da İqtisadiyyatın Stabilləşməsi üzrə Fövqalədə Akt və buna uyğun olaraq da Problemli Aktivlərin Sağlamlaşdırılması Proqramı (TARP) qəbul edildi. 426 milyard dolların xərcləndiyi bu proqramda əsas məqsəd problemi aktivlərin satın alınması və sağlamlaşdırılması oldu.

Təbii ki, proqramın problemi aktivlərin qiymətləndirilməsi, onların səhmləşdirilməsi kimi inzibati problemləri olsa da, bütövlükdə sözügedən təşəbbüs uğurlu oldu. Bu baxımdan, Azərbaycanda da Problemli Kreditlərin Sağlamlaşdırılması Proqramının (PKSP) qəbul edilməsi vacibdir. Bu proqram çərçivəsində kreditlərin restruktruzasiyasının aparılması, onların dövlət tərəfindən satın alınaraq səhmləşdirilməsi və bazara çıxarılması və o cümlədən yeni güzəşt mexanizmlərinin müəyyələşdirilməsi mümkündür. Nəticədə bu, ABŞ-da olduğu kimi, problemli kreditlər məsələsinin xeyili dərəcədə yumşalmasına, vətəndaşların banklardan borc asılılığının azalmasına, eləcə də bankların özlərinin sağlamlaşdırılmasına səbəb ola bilər.

Qeyd edim ki, bu proqram ilə bağlı təkliflərimi artıq hökumətə təqdim etmişəm və inanmaq istərdim ki, bu istiqamətdə fəaliyyət güclənəcək".