Bu ilin avqust ayı ərzində 2 milyon 474 min 405 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bu həcmin 1 milyon 273 min 708 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 20 milyon 103 min 252 ton olub.
Ümumiyyətlə isə, BTC istismara verilən gündən 2016-cı il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 311 milyon 297 min 24 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.