XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 18:38

9 bank üzrə 240 milyon manata yaxınkompensasiya ödənilib

Bank 2

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən 06 sentyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 21 milyon 933 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 40 milyon 581 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 16 milyon 434 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 758 min manatdan artıq kompensasiya ödənilib.

4 bank üzrə ümumilikdə 81 miyon 706 min manatdan artıq kompensasiya ödənilib.

06 sentyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 11 milyon 097 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 514 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 12 milyon 611 min manatdan artıq kompensasiya ödənilib.

06 sentyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 925 min 554 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 709 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 144 milyon 725 min manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 239 milyon 042 min manatdan artıq kompensasiya ödənilib.