XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

08 Sentyabr 2016 - 11:22

Mərkəzi Bank:“Qəpiklərin dövriyyədən çıxarılması planlaşdırılmır”

qepik

Azərbaycan Mərkəzi Bankı “Metal pul nişanlarının məhv edilməsi sistemlərinin satın alınması” üzrə tender məsələsinə aydınlıq gətirib.

Turan məlumat verir ki, Mərkəzi Bank xüsusi məlumatda bildirib ki, tenderin məqsədi KİV-də yanlış şərh edilib.

“Söhbət dövriyyədən çıxan yararsız metal pul nişanlarından gedir. Hazırda metal pul nişanları dövriyyədədir və onların tədavüldən çıxarılması planlaşdırılmır”, – məlumatda deyilir.

Qeyd olunub ki,  metal pul nişanları artıq 10 ildən çoxdur ki dövriyyədədir və bu müddətdə təbii olaraq yararsız hala düşmüş qəpiklər Mərkəzi Bank tərəfindən mütəmadi olaraq yeniləri ilə əvəzlənir. Analoji sistemlər yararsız hala düşmüş və tədavüldən çıxarılmış kağız pul nişanları üçün də mövcuddur.

Qeyd edək ki, Mərkəzi Bankın tender elanı ilə bağlı bəzi KİV metal pulların dövriyyədən çıxarılması barədə məlumatlar yayıb.