XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

08 Sentyabr 2016 - 11:26

Fitch” agentliyi Azərbaycanın iki məşhur bankının reytinqini“mənfi” qiymətləndirdi

Fitch-Ratings

"Fitch" beynəlxalq reytinq agentliyi "Accessbank" ASC-nin kredit reytinqini "BB+" səviyyəsində, "PASHA Bank" ASC-nin kredit reytinqini "BB-" səviyyəsində təsdiq edib.

Hər iki bankın reytinq üzrə proqnozu isə "neqativ" olaraq təsdiq edilib. “Fitch” həmçinin Accessbankın dayanıqlılıq reytinqinin "bb-"dan "b+"a endirib. (Turan)

Agentlik "Accessbank"ın uzunmüddətli emitentin defolt reytinqinin "BB+" və "dəstək" reytinqinin "3" səviyyəsində təsdiq edilməsini əsasən Bankın beynəlxalq maliyyə institutları olan səhmdarları tərəfindən maliyyə yardımı almaq ehtimalları ilə əlaqələndirib. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD – AAA/stabil), KfW (AAA/stabil), Beynəlxalq Maliyyə Korporasiyası və Qara dəniz Ticarət və İnkişaf Bankının hər biri "Accessbank"da 20% paya sahibdir. Bankın səhmlərinin daha 16,5%-i "Access Microfinance Holding"ə, 3,47%-i "LFS Financial Systems GmbH."-yə məxsusdur.

 Bankın dayanıqlılıq reytinqinin "bb-"dan "b+"a endirilməsi 2015-ci ildə baş verən manatın devalvasiyası nəticəsində "Accessbank"ın aktivlərinin keyfiyyətinin önəmli dərəcədə pisləşməsi ilə izah edilir.

Agentlik "PASHA Bank"ın emitentin defolt reytinqi və dəstək reytinqinin Azərbaycan hökuməti tərəfindən ehtiyac olduqda Banka ehtimal edilən dəstəklə getdikcə möhkəmləndiyini bildirir. "Fitch" bu mənada "PASHA Bank"ın sistem əhəmiyyətli bank olduğunu, törəmə qurumu – "Kapital Bank" ASC ilə bank sektorundakı depozit portfelinin 15%-nə sahib olduğunu, Azərbaycan Beynəlxalq Bankının (ABB) sanasiyası fonunda maliyyə vəziyyətinin yaxşılaşdığını, hökumətlə sıx əlaqələri səbəbindən ən azı yaxın perspektivdə ona dəstək verdiyini bildirib.

“Fitch” qeyd edir ki, bankın dayanıqlılıq reytinqi möhkəm kapitallaşma, kifayət qədər likvidlik və iqtisadiyyatdakı yavaşlama fonunda pisləşən aktivlərin müvəffəqiyyətlə idarə olunmasına əsaslanıb.