“SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) "Petkojen" (kogenerasiya qurğusu) layihəsinin icrası təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İzmirdə azərbaycanlı jurnalistlər ilə keçirilən görüşdə “Petkim PetroKimya Holding A.Ş.”nin baş icraçı direktoru Anar Məmmədov məlumat verib. Onun sözlərinə görə, layihə texniki səbəblərdən təxirə salınıb. Lakin layihənin yenidən gündəmə gətirilməsi istisna deyil.
Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarlarının pay bölgüsü belədir: SOCAR-87 faiz, “Goldman Sachs”-13 faiz.