XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

28 İyul 2015 - 10:45

Avropa Oyunları üçün gətirilən avtobusların sığorta qiyməti açıqlanıb – Dövlət Agentliyi

bakubus.jpg

“BakuBus” MMC-nin avtobusları “Paşa Sığorta” şirkətində 1 mln 204 min 378 manat 1 qəpiyə sığortalanıb.

Müqavilə mayın sonunda bağlanılıb. O vaxt tərəflər müqavilənin qiymətini açıqlamayıb. Bu gün Satınalmalar üzrə Dövlət Agentliyi dövlət satınalmaları müqavilələrinin reyestrini açıqlayıb. Orda “BakuBus” MMC ilə “Paşa Sığorta” ASC arasında müqavilənin qiyməti də göstərilib. (Turan)

“BakuBus” MMC 2014-cü ilin aprelində Avropa Oyunlarına hazırlıq çərçivəsində yaradılıb. Şirklə Bakı şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərir. Rəsmi məlumata görə, Fransadan 302 İVECO avtobusu alınıb. Onların qiyməti açıqlanmır.

Gömrük Komitəsinin məlumatına görə, I rübdə Fransadan Azərbaycana 105 avtobus tədarük edilib. Bir avtobusun orta bəyannamə qiyməti $334 850-dır.

Maraqlıdır ki, Avropa Oyunları başa çatıb, amma “BakuBus” avtobusları küçələrdə görünmür. Halbuki şirkət rəhbərliyi iyulun ortalarında onların fəaliyyətə başlayacağını bildirmişdi. “BakuBus” MMC-nin saytı (www.bakubus.az) işləmir.