XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2016 - 14:46

Vergi amnistisiyasının tətbiqi xəbərinə nazirlikdən –Reaksiya

Vergiler

Bu gün Vergilər Nazirliyində keçirilən "Vergi mədəniyyətinin formalaşmasında medianın rolu” mövzusunda keçirilmiş Dəyirmi Masada müzakirə olunan məsələlər zamanı dövlət başçısının 4 avqust tarixli "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamında nəzərdə tutulmuş könüllü vergi açıqlaması haqqında məlumat verilib. 

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, könüllü vergi açıqlaması yanlış olaraq bəzi media nümayəndələri tərəfindən vergi amnistisiyası kimi şərh edilib.

Nəzərinizə çatdırırıq ki, söhbət yalnız könüllü vergi açıqlamasından gedir və bu layihə yalnız Milli Məclis tərəfindən təsdiq edilərək qanuni hüquqi qüvvəyə minəcəyi halda, həyata keçirilməsi nəzərdə tutulan islahatlardan biridir:

"Könüllü vergi açıqlaması vergi orqanı tərəfindən keçirilən vergi yoxlaması zamanı aşkar olunmamış səhvlərin, o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, azaldılması və s-nin  vergi yoxlaması bitdikdən sonra vergi ödəyicisi tərəfindən könüllü olaraq bəyan edilməsini nəzərdə tutur. Bu isə vergi ödəyicisinə dəqiqləşmiş bəyannamə verilməsi hüququnu verir ki, həmin bəyannamə ilə könüllü açıqlanmış vergi məbləğlərinə görə vergi ödəyicisinə faizlərin hesablanması və ya maliyyə sanksiyasının tətbiqini istisna edə bilər".