XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

09 Sentyabr 2016 - 19:32

Mərkəzi Bank uçotdərəcəsini qaldırdı

Makroiqtisadi proqnozları, tədiyə balansında və valyuta bazarındakı meyilləri nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankı pul siyasəti alətlərinin kəmiyyət parametrlərini dəyişib.

Mərkəzi Bankdan verilən məlumata görə, AMB-nin İdarə Heyəti 9 sentyabr tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12%, yuxarı həddini 18%, uçot dərəcəsini isə 15% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.

Məlumatda deyilir ki, son vaxtlar inflyasiyaya təsir edən bir sıra daxili və xarici amillərin davranışındakı dəyişiklikləri nəzərə alaraq əlavə antiinflyasiya tədbirlərinin həyata keçirilməsinə zərurət yaranıb.

Bu istiqamətdə mühüm addımlardan biri kimi kəskin məzənnə tərəddüdlərini tənzimləmək, bununla da valyuta bazarında gözləntilərə və tarazlığa təsir etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu və Mərkəzi Bankı tərəfindən valyuta hərraclarında xarici valyutanın təklifi əhəmiyyətli artırılıb.