XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 March 2015 - 11:15

BP TANAP-ın səhmçisi oldu

Qaz kəməri Avropaya ildə 10 milyard kubmetr qaz çatdıracaq

Картинки по запросу TANAP

Britaniyanın ən iri neft-qaz şirkəti BP Transanadolu (TANAP) konsorsiumu ilə layihə səhmlərinin 12%-ni əldə etməyi hədəfləyən müqavilə imzalayıb.

Strateq.az xarici KİV-ə isnadən bildirir ki, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız TANAP-ın “Türk axını” qaz kəməri ilə rəqabətə girməycəyini qeyd edib: “Barəsində dərhal müsbət fikir bildirdiyimiz “Türk axını” üzrə Rusiya ilə danışıqlar davam edir və bizim marağımız qalmaqdadır. Heç bir rəqabət barədə söhbət yoxdur, hər iki layihə bizə lazımdır”.

İnşası cari ilin martın 17-ə nəzərdə tutulan TANAP 2019-cu ildə Azərbaycanın Şahdəniz yataqlarının qazını Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya vasitəsilə İtaliyanın güneyinə çatdırası qaz kəməri sistemi yaradılmasını planlaşdırır. Qaz kəməri Avropaya ildə 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr qaz təhvil verməyə imkan yaradacaq. Sonralar onun gücü 31 milyard kubmetrə qədər artırıla bilər.